logo

Cari ildə 45321 cütlük nikaha daxil olub, 11819 cütlük boşanıb

12:32 16-11-2022 | icon 1267
Cari ildə 45321 cütlük nikaha daxil olub, 11819 cütlük boşanıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr aylarında 45 321 nikaha daxilolma və 11 819 boşanma halları qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.