logo

Taekvondoçularımız dünya çempionatında mübarizəyə başlayırlar

09:29 15-11-2022 | icon 1239
Taekvondoçularımız dünya çempionatında mübarizəyə başlayırlar

Azərbaycan taekvondoçusu Taleh Süleymanov bu gün Meksikada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı ilk olaraq Serbiyanı təmsil edən Mehdi Khodabakhshi ilə üz-üzə gələcək.

Bu gün həmçinin, Cavad Ağayev və  Patimat Abakarova da ilk görüşlərinə çıxacaqlar.  

Qeyd edək ki, ötən gün Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatı start götürüb. 7 gün davam edəcək mundailda Azərbaycanın idman şərəfini 8 taekvondoçu qoruyacaq.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandost və böyüklər arasında məşqçi Elnur Amanov dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanov (87 kq) iştirak edəcəklər. Qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov isə Qvadalaxarada Minayə Əkbərova (46 kq) və Patimat Abakarovanı (49 kq) sınayacaq.

Sabah idmançılarımız dincələcəklər. Noyabrın 17-də isə  E.Qafarov, bir gün sonra S.Həmidreza dayanaq üzərinə çıxacaqlar. Noyabrın 19-da S.Dadaşov, yarışın sonuncu günündə isə Q.Maqomedov və M.Əkbərova mübarizəyə başlayacaqlar.

Dünya çempionatında ədaləti qoruyacaq referilər sırasında beynəlxalq dərəcəli hakim Aygül Abdyllayeva da yer alacaq.

Xatırladaq ki, 2023-cü ildə dünya çempionatı Bakıda keçiriləcəyindən yığmamız Meksikaya geniş tərkiblə yollanıb.

Bu səfər Qvadalaxarada mundial başa çatdıqdan sonra yarışın keçici bayrağının Azərbaycana verilməsinə və bir sıra texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılmasına hesablanıb.

Komandamız Vətənə ayın 24-də qayıdacaq.