logo

Sabah Bakıda 15° isti olacaq

13:53 12-11-2022 | icon 665
Sabah Bakıda 15° isti olacaq

Azərbaycanda noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütununda 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.