logo

Sumqayıtda hündürlükdən yıxılan fəhlə xəstəxanada olüb

10:40 23-09-2022 | icon 1183
Sumqayıtda hündürlükdən yıxılan fəhlə xəstəxanada olüb

Sentyabrın 22-si saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Şəhər prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla Güloğlan Allahverdiyevin sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən öldüyü müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.