logo

Bakı metrosunda qatarların hərəkətində gecikmələr var

20:20 20-09-2022 | icon 1421
Bakı metrosunda qatarların hərəkətində gecikmələr var

Bakı metrosunda yaşıl və qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, buna səbəb yoldəyişdirici qurğuların əllə idarə olunması olub.

Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.