logo

Laçının Zabux və Sus kəndləri yenidən inşa ediləcək-SƏRƏNCAM

15:58 20-09-2022 | icon 595
Laçının Zabux və Sus kəndləri yenidən inşa ediləcək-SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb.

Xatırladaq ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi Laçın şəhərinə 2022-ci il avqustun 26-da daxil olub, Zabux və Sus kəndləri nəzarətə götürülüb.