logo

Energetika naziri Almaniyanın yeni səfiri ilə görüşüb

19:29 19-09-2022 | icon 672
Energetika naziri Almaniyanın yeni səfiri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannı qəbul edib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişafı perspektivlərindən danışılıb.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub, bu sənədin Almaniya şirkətlərinin Azərbaycanın enerji sektoruna, xüsusilə “yaşıl enerji” sahəsinə yönəlməsi üçün bir mesaj olduğu vurğulanıb. Azərbaycanın bərpaolunan enerji layihələri barədə məlumat verilib. Alman şirkətlərinin ölkəmizə missiyasının təşkil olunması təklif edilib və şirkətlər bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrdə iştiraka dəvət olunub.

Söhbət zamanı ikitərəfli əməkdaşlığa dair qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.