logo

Bu gün ölkə üzrə COVID-19 əleyhinə vaksin vurulmayıb

18:08 19-09-2022 | icon 2471
Bu gün ölkə üzrə COVID-19 əleyhinə vaksin vurulmayıb

Sentyabrın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 881 min 406, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 379 min 391, ikinci mərhələ üzrə 4 milyon 866 min 32, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 374 min 921, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 62-dir.