logo

Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə telefonla danışdı

17:59 15-09-2022 | icon 1099
Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə telefonla danışdı

Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.