logo

Müdafiə Nazirliyi şəhiddən 6000 manat rüşvət alınmasını araşdırır

13:53 15-09-2022 | icon 1029
Müdafiə Nazirliyi şəhiddən 6000 manat rüşvət alınmasını araşdırır

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.

Xatırladaq ki, 2 yaşında valideyn hüququndan məhrum olan və SOS uşaq evində böyüyən şəhid Səbuhi Əhmədov dünən II Fəxri Xiyabanda dəfn edilib. Dəfndən sonra açıqlama verən şəhidin qardaşı Sənan Əhmədov bildirib ki, qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alınıb. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.