logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq

13:53 13-09-2022 | icon 476
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq

Azərbaycanda sentyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 19-22°, gündüz 25-29° isti, Bakıda gecə 20-22°, gündüz 26-28° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Azərbaycanın əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 6-10°, gündüz 12-17° isti olacağı bildirilir.