logo

Hərbçilərimizin Qafanda təcili tibbi yardım maşınını vurması xəbəri yalandır-MN

09:00 13-09-2022 | icon 784
Hərbçilərimizin Qafanda təcili tibbi yardım maşınını vurması xəbəri yalandır-MN

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.

YeniAvropa xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyi məlumat yayıb.

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib”, - deyə məlumatda qeyd edilib.