logo

Ermənistan genişmiqyaslı təxribatlarını ört-basdır etməyə çalışır-Müdafiə Nazirliyi

09:23 13-09-2022 | icon 735
Ermənistan genişmiqyaslı təxribatlarını ört-basdır etməyə çalışır-Müdafiə Nazirliyi

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi "Facebook" səhifəsində yayılan açıqlamada bildirilib.

“Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır”, -deyə məlumatda qeyd edilib.