Prezident Emoməli Rəhmon Sahibə Qafarovanı qəbul edib
Sentyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Tacikistan prezidenti Emoməli Rəhmon Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayaraq deyib ki, onun ölkəsi Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir. O, xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrindən, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsindən danışıb.
Prezident Emoməli Rəhmon bildirib ki, bu gün Tacikistan-Azərbaycan əməkdaşlıq əlaqələri bir çox istiqamətlərdə inkişaf edir. Tacikistan prezidenti ölkələrimizin BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq və regional təşkilatlarda uğurlu əməkdaşlığını qeyd edərək, qanunverici orqanlarımızın da beynəlxalq parlament təşkilatlarında səmərəli əməkdaşlığının dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olduğunu söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək səviyyəli münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Tacikistan prezidentinə çatdırıb.
Azərbaycan parlamentinin sədri Sahibə Qafarova bildirib ki, xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətləri bu gün ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlığı üçün geniş baza yaradır. Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə qarşılıqlı faydalı əlaqələrindən bəhs edən Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsində dövlət başçılarının önəmli rolunu vurğulayıb.
Azərbaycan parlamentinin sədri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirərək, bu istiqamətdə atılan addımlar barədə məlumat verib. O, cari ilin mart ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalandığını, bu sənədin əməkdaşlığımızın daha da genişlənməsinə ciddi əsaslar yaratdığını diqqətə çatdırıb. Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisinin sədri Rüstəm Emoməlinin, Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərə töhfə verdiyini qeyd edib. O, beynəlxalq parlament təşkilatlarında da qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb.
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Prezidentinə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Şəbəkənin Bakıda keçirilən birinci konfransı barədə ətraflı məlumat verib.
Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını və xoş arzularını Azərbaycan prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Tacikistanın kütləvi informasiya vasitələrinə müsahibə verib. Azərbaycan parlamentinin sədri bu ölkədə keçirdiyi görüşlər, Azərbaycanla Tacikistan arasında münasibətlər, parlamentlərarası əməkdaşlıq və digər mövzular barədə jurnalistlərin suallarını cavablandırıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır