logo

Duman səbəbindən sabah bəzi yollarda görmə məsafəsi azalacaq

14:34 12-09-2022 | icon 560
Duman səbəbindən sabah bəzi yollarda görmə məsafəsi azalacaq

Sentyabrın 13-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Füzuli-Cəbrayıl-Mahmudlu, Naxçıvan-Şahbuz, Quba-Qusar, Quba-Xaçmaz, Xankəndi-Xocavənd, Şəmkir-Gədəbəy, Gəncə-Kəlbəcər-Laçın, Ağdam-Ağdərə, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Bəhramtəpə-Biləsuvar, Masallı-Yardımlı, Bərdə-İstisu, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi 500-800 metrədək məhdudlaşacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.