logo

Cüdoçularımız açıq Avropa turnirində 6 medal qazanıblar

09:22 12-09-2022 | icon 826
Cüdoçularımız açıq Avropa turnirində 6 medal qazanıblar

Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən açıq Avropa turnirində 6 medal qazanıb.

YeniAvropa xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar.

Turnirdə 100 kiloqram çəki dərəcəsində final görüşündə Azərbaycan cüdoçuları üz-üzə gəliblər. Məmmədəli Mehdiyevi məğlub edən Zelim Kotsoyev qızıl medal qazanıb. M.Mehdiyev isə gümüş mükafatla kifayətlənib.

Daha 2 gümüş medala Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) sahib olublar.

Bürünc medalları isə yığmamıza Səid Mollayi (81 kq) və Uşangi Kokauri (+100 kq) qazandırıblar.

Azərbaycan medal əyarına görə ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yeri tutub