logo

UEFA Avropa Liqası: “Qarabağ” ilk oyunda “Frayburq”a məğlub oldu

01:09 09-09-2022 | icon 1890
UEFA Avropa Liqası: “Qarabağ” ilk oyunda “Frayburq”a məğlub oldu

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi Almaniyada, “Europa-Park” stadionunda “Frayburq”un qonağı olub.

Matç Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada “Qarabağ”ın heyətində Marko Veşoviç fərqlənib. “Frayburq”un qollarını isə Vinçentso Qrifo və Ritsu Doan vurublar.

G qrupunun digər oyununda isə “Nant” Fransada “Olimpiakos”a (Yunanıstan) eyni hesabla qalib gəlib.