logo

Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı

14:54 04-08-2022 | icon 623
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u günüzədək şimal-qərb küləyinin saniyədə 15-18 metr, yarımadanın bəzi yerlərində isə arabir  saniyədə 20 metrədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, avqustun 6-8-də əsasən, gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir  saniyədə 18-23 metr olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.