logo

Sabah paytaxtın bir hissəsində qaz olmayacaq

12:12 31-08-2022 | icon 2331
Sabah paytaxtın bir hissəsində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksəktəzyiqli magistral qaz kəmərinin bir hissəsinin dəyişdirilməsi və müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, sentyabrın 1-i tarixində saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, yol evləri, bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.