logo

UEFA Konfrans Liqası:“Neftçi”nin pley-offdakı rəqibləri bəlli olub

16:32 02-08-2022 | icon 1176
UEFA Konfrans Liqası:“Neftçi”nin pley-offdakı rəqibləri bəlli olub

Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticəsinə görə, Bakı təmsilçisi üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələsə, növbəti raundda “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.