Tehranda Azərbaycan və İran baş prokurorlarının görüşü olub
Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana işgüzar səfəri başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,ilk olaraq İran İslam Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Azərbaycanlı həmkarını səmimi salamlayan İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönələn səfər zamanı baş tutacaq görüşlərin müsbət nəticə verəcəyinə ümidvar olduğunu qeyd edib. İki ölkənin baş prokurorluqları arasında belə geniş formatda görüşün ilk dəfə keçirilməsi məmnunluqla vurğulanıb.
Baş prokuror Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə İran tərəfinə ölkəmizə göstərilən mənəvi dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ikitərəfli qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanaraq, hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji və humanitar məsələlər müzakirə edilərək narkotiklərin qanunsuz dövriyyəsi, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi problemləri müzakirə edilib. İki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Kamran Əliyev iranlı həmkarını ölkəmizə işgüzar səfərə dəvət edib. Qurumlarımız arasında əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olunub.
Sonra Baş prokuror İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüş keçirib. Nazir 44 günlük Vətən müharibəsində ölkəmizi parlaq qələbə münasibətilə təbrik edib. Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirərək ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulayıb.
İki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi və digər maraq kəsb edən mövzular müzakirə edilərək, bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Baş prokuror ölkəmizin Tehrandakı Səfirliyinə gedərək xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsi ehtiramla yad olunub.
Görüşlərdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə iştirak edib.
Nümayəndə heyətinin səfəri davam edir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır