logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

11:44 29-08-2022 | icon 2996
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 52 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.