logo

Prokurorluq hərbi qulluqçunun yol qəzasında ölməsini araşdırır

14:58 27-08-2022 | icon 1652
Prokurorluq hərbi qulluqçunun yol qəzasında ölməsini araşdırır

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Ordusunun hərbi qulluqçusunun yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.