Avropa İttifaqı(Aİ) gələcəkdə Rusiya qazını almağı dayandıracaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel səsləndirib.
“Biz Rusiyadan enerji asılılığını azaltmaq barədə qərar qəbul etmişik. İlk növbədə kömür, sonra isə neft. Bir müddətdən sonra isə qaz alışı dayanacaq”, - deyə Aİ rəsmisi vurğulayıb.
Borrelin sözlərinə görə, bütün bunlardn imtina etmək üçün prosesə uyğunlaşmaq lazımdır.
O, Avropa ölkələrini könüllü olaraq enerjiyə qənaət etməyə çağırıb. Borelin sözlərinə görə, bununla da İttifaq ölkələri Rusiya qazını almaq məcburiyyətində qalmayacaqlar.
Aİ diplomatiyasının rəhbəri bildirib ki, artıq bir çox ölkələr Rusiya qazına qənaət edilməyə başlayıblar.
“Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayanda Avropa ölkələrinin qaz idxalı 40% təşkil edirdisə, indi bu rəqəm 20%-ə enməkdədir”,-deyə Borrel vurğulayıb.