logo

“Xutor”da 13 narkotacir saxlanılıb

11:33 26-08-2022 | icon 1253
“Xutor”da 13 narkotacir saxlanılıb

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bu şəxslərdən 10-u barəsində rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Digər üç şəxs isə qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb olunub. Aşkarlanan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.