logo

Paytaxtın ən böyük prospekti 3 günlük təmirə bağlanıb

10:57 26-08-2022 | icon 2436
Paytaxtın ən böyük prospekti 3 günlük təmirə bağlanıb

Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, buna səbəb “Azərsu” ASC-yə məxsus 160 metr yararsız su xəttinin yeniləməsidir.

Bununla bağlı qeyd olunan yollar avqustun 25-i saat 18:00-dan avqustun 27-i saat 08:00-dək bağlı olacaq. Həmin müddətdə Tbilisi prospektindən hərəkət yalnız Şəfayət Mehdiyev küçəsi istiqamətinə mümkün olacaq.

Yol polisi sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edib.