logo

Samuxda zəlzələ olub

09:08 28-07-2022 | icon 448
Samuxda zəlzələ olub

İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb.