logo

Biləsuvarda 38 nəfərə qarşı dələduzluq edən şəxsin  məhkəməsi başlayır

14:54 27-07-2022 | icon 574
Biləsuvarda 38 nəfərə qarşı dələduzluq edən şəxsin  məhkəməsi başlayır

“DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin işçisi kimi təqdim edərək həmin agentliyin, habelə digər vəzifəli şəxslərlə öz “əlaqələri” vasitəsilə dövlət özünəməşğulluq proqramı çərçivəsində növbədənkənar qaydada dövlət hesabına mal-qara ilə təmin edəcəyi barədə yalan vədlər verməklə 38 nəfər şəxsin ümumilikdə 19 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Biləsuvar rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki,toplanmış sübutlar əsasında Elman Nuriyevə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2-ci (rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.