logo

Yeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq

12:34 27-07-2022 | icon 4179
Yeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq".

YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.

Bunun çox sevindirici hal olduğunu vurğulayan E.Əmrullayev prezident İlham Əliyevə təşəkkür edib.

Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub. O, müəllimlərin seçiminə gəlincə deyib ki, nazirlik köç prosesinin başa çatmasını gözləyir: "Çünki məktəbdə nə qədər şagirdin tədris alacağını bilməliyik. Sevindirici fakt odur ki, müəllim sayı kifayət qədərdir”.