logo

Sabah "Sürix" "Qarabağ"a uduzsa,baş məşqçi qovulacaq

15:55 26-07-2022 | icon 1197
Sabah "Sürix" "Qarabağ"a uduzsa,baş məşqçi qovulacaq

Sabah İsveçrənin "Sürix" klubunun baş məşqçisi Franko Foda istefaya göndərilə bilər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a mümkün məğlubiyyət avstriyalı mütəxəssisin qovulması ilə nəticələnəcək.

Mövsümə uğursuz start verən Sürix şəhərinin eyniadlı komandası  ölkə çempionatının ilk turunda "Yanq Boyz"a 0:4 hesabı ilə uduzub, II turda isə "Lütsern"lə qolsuz heç-heçə edib.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ağdam təmsilçisi Bakıdakı ilk görüşdə 3:2 hesablı qələbə qazanıb.