logo

Sinoptiklərdən güclü külək,şimşək və yağış xəbərdarlığı

13:53 26-07-2022 | icon 602
Sinoptiklərdən güclü külək,şimşək və yağış xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək güclü şimal-qərb küləyi  əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, küləyin sürəti saniyədə 15-20 metr, bəzi yerlərdə isə arabir 23-25 metr olacağı gözlənilir..

Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.