logo

Sabah ilk taxıl gəmisi Ukrayna limanından yola düşəcək

11:55 26-07-2022 | icon 1148
Sabah ilk taxıl gəmisi Ukrayna limanından yola düşəcək

Ukraynanın Çernomorsk limanından taxıl daşıyan ilk gəminin çərşənbə günü yola düşəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov məlumat verib. 

Bildirib ki, işlərin yaxın günlərdə başlayacağı gözlənilir: " Bu həftə İstanbulda koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bizdən asılı olan hər şeyi edirik ki, bu həftə taxıl daşıyan gəmilər yola düşsün".

Xatırladaq ki, ərzaq məhsullarının və gübrələrin dünya bazarlarına ixracı probleminin həli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb. Buraya İstanbul koordinasiya mərkəzinin təşkili də daxildir. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sözlərinə görə, mərkəzin nümayəndələri taxıl yüklü ilk gəminin Ukrayna limanlarından tezliklə çıxması üçün prosesləri koordinasiya edirlər.