Bu il iyulda "Şahdağ"a qar yağması və qar örtüyünün əmələ gəlməsi hadisəsi ikinci dəfə qeydə alınır.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
Xidmət rəisinin sözlərinə görə, belə hadisə 2019-cu ilin iyul ayında da müşahidə olunub. "Üç il əvvəl iyulda da "Şahdağ"da 1 santimetr qar örtüyü əmələ gəlib. Bu il isə iyulda iki dəfə belə hal qeydə alınıb. Belə ki, iyulun 4-də və 23-də yüksək dağlıq ərazilərə qar yağması nəticəsində "Şahdağ"da qar örtüyünün əmələ gəlməsi müşahidə olunub", - deyə o bildirib.