logo

Finlandiyanın baş nazirinin  narkotika testi mənfi çıxıb

09:29 23-08-2022 | icon 2289
Finlandiyanın baş nazirinin  narkotika testi mənfi çıxıb

Finlandiyanın baş naziri Sanna Marinin verdiyi narkotik vasitələrdən istifadə testi mənfi çıxıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ötən həftənin cümə günü baş nazir Sanna Marinin videoları internetdə yayıldıqdan sonra o könüllü olaraq narkotik vasitələrdən istifadə testlərini verib.

Avqustun 22-də baş nazirin narkotik testinin nəticələri ictimaiyyətə açıqlanıb. Açıqlanan məlumata əsasən onun qanında narkotik istifadəsinə aid dəlillər tapılmayıb.

Xatırladaq ki, ötən həftənin sonunda sosial şəbəkələrdə Sanna Marinin Finlandiyanın müxtəlif ictimai xadimləri ilə birgə əyləndiyi bir neçə videosu yayılıb. Yayılan videokliplərdə baş nazir və digər şəxslər birlikdə rəqs edib, mahnı oxuyurlar.

Videolar ictimaiyyətə açıqlandıqdan sonra kadrlarda görünən insanların narkotikdən istifadəsi ilə əlaqədar şübhə yaradan jarqon ifadələrdən istifadə edib-etməmələri barədə ictimai müzakirələr başlanılıb.

Sanna Marin özü narkotikdən deyil, yalnız yüngül spirtli içkilərdən istifadə etdiyini etiraf edib.