Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək AİK (İsveç) – “Vorskla” (Ukrayna) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, oyun iyulun 27-də baş tutacaq.