logo

Mehriban Əliyeva İslamiadada medal qazanan idmançılarımızı təbrik edib

22:12 21-08-2022 | icon 1267
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançılarımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarımızı təbrik edib.

 YeniAvropa xəbər verir ki, birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

 

file.+-0-