logo

Qarabağın bərpasına ayrılan vəsaitin auditi aparılır

15:35 21-07-2022 | icon 1295
Qarabağın bərpasına ayrılan vəsaitin auditi aparılır

Hesablama Palatası tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərinin istifadəsinin auditi aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib. Qeyd edilib ki, cari ilin İş Planında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin istifadəsi üzrə 4 audit nəzərdə tutulub, hesabat dövründə onlardan 3-nün keçirilməsi ilə bağlı kollegiya tərəfindən qərar qəbul edilib, ilk 6 ayda ikisi başa çatdırılıb. Digər tədbirin III rübün sonunda başlanılması nəzərdə tutulur.