logo

Sabah Bakıda güclü şimal küləyi əsəcək, 33° isti olacaq

13:13 21-07-2022 | icon 560
Sabah Bakıda güclü şimal küləyi əsəcək, 33° isti olacaq

Azərbaycanda iyulun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24°, gündüz 30-33° isti, Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə edilir.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-25°, gündüz 33-38° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı bildirilir.