logo

Bakıda iki bacı dənizdə boğulub

10:10 21-07-2022 | icon 3976
Bakıda iki bacı dənizdə boğulub

Bakıda iki bacı faciəli şəkildə ölüb.

YeniAvropa xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Dənizdə çimərkən 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar bacıları boğulublar. Onların həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən birinin meyiti dənizdən çıxarılıb, digərinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olub.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladları olduğu bildirilir.