logo

İlham Əliyevlə Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışında iştirak ediblər

17:47 21-06-2022 | icon 1624
İlham Əliyevlə Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışında iştirak ediblər

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

YeniAvropa xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.

Özbəkistanın və Azərbaycanın dövlət başçıları mərasimdə çıxış etdilər.