logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 852 min nəfəri ötüb

17:17 21-06-2022 | icon 2002
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 852 min nəfəri ötüb

İyunun 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1534 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 210, ikinci doza vaksinlərin sayı 194, üç və daha çox doza vaksinlərin sayı 994, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 136-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 754 min 921, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 352 min 473, ikinci mərhələ üzrə 4 milyon 852 min 425, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 301 min 750, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 248 min 273-dür.