logo

Filippin prezidenti özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib

15:55 21-06-2022 | icon 1008
Filippin prezidenti özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib

Filippinin yeni seçilən prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda iyunun 21-də özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu F.Markos iyunun 20-də, həmin ayın 30-na təyin edilən inauqurasiya mərasimi ərəfəsində bildirib.

Filippinin yeni prezidenti bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir. Problemin həllinin vacibliyini qeyd edən F.Markos, bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini bildirib.