logo

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

17:17 17-06-2022 | icon 924
Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı parkın ərazisində balıq ovlayan şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimov YeniAvropa-ya bildirilib ki,araşdırma zamanı qanun pozucularının Masallı rayon sakinləri İmanverdi Orucov və Mirzə Yaqubov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Nazirliyin rəsmisi sənaye balıq ovu ilə məşğul olan bütün tərəfləri mövcud qanunvericiliyə riayət etməyə, ölkədə balıq ehtiyatlarının artırılması və inkişafına töhfə verməyə çağırıb.