logo

İlham Əliyev Nikolas Maduro ilə videokonfrans formatında görüşüb

13:53 17-06-2022 | icon 1771
İlham Əliyev Nikolas Maduro ilə videokonfrans formatında görüşüb

Prezident İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.