logo

Həcc ziyarətinə gedən zəvvarlar üçün yeni mobil tətbiq hazırlanıb

09:12 13-06-2022 | icon 777
Həcc ziyarətinə gedən zəvvarlar üçün yeni mobil tətbiq hazırlanıb

Həcc ziyarətinə gedən zəvvarlar üçün yeni mobil tətbiq hazırlanıb.

YeniAvropa Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, “ağıllı zəvvar” adlanan texnoloji yenilik ziyarətə gələcək qrupların rəhbərləri ilə əlaqə yaradaraq hər hansı qayda pozuntusu və ya şikayətlər barədə müvafiq qurumlara operativ məlumat çatdıracaq.

Nazirliyin rəsmisi Hişam Seyid jurnalistlərə müsahibəsində bildirib ki, builki Həcc mövsümündə zəvvarlara daha yaxşı xidmət göstərilməsi məqsədilə smart kart xidmətlərindən geniş şəkildə istifadə olunacaq. İlk dəfə həyata keçiriləcək texnoloji yenilik sayəsində sözügedən tətbiqi telefonuna yükləyən zəvvarlar qarşılaşdığı problemlər haqqında məlumat verəcək və onların şikayətlərinə dərhal baxılacaq. Bu məqsədlə nazirliyin nəzdində xüsusi qrup da yaradılıb.

Müvafiq texnoloji tətbiqin istifadəyə verilməsi ideyası ötən ay Mədinədə keçirilən 21-ci Həcc və Ümrə Elmi Forumunda irəli sürülüb.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 9 106 manat müəyyən olunub:"Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır.