logo

Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxdu

17:26 11-06-2022 | icon 2884
Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 86 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 69 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 468, bu günə qədər isə ümumilikdə 6 milyon 921 min 407 test icra olunub.