logo

UEFA Millətlər Liqası: Azərbaycan  bu gün Slovakiyanı qəbul edəcək

10:50 10-06-2022 | icon 2576
UEFA Millətlər Liqası: Azərbaycan  bu gün Slovakiyanı qəbul edəcək

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.

"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.

Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb. I turda Serbiyada Belarusa 1:0 hesabı ilə qalib gələn qonaqlar ikinci qarşılaşmasında Qazaxıstana eyni hesabla uduzub. Bu yenilgidən sonra baş məşqçi Ştefan Tarkoviç istefaya göndərilib.

Azərbaycan millisi indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.

Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

20:00. Azərbaycan - Slovakiya

Baş hakim: Donatas Rumsas (Litva)

Bakı. "Dalğa Arena"