logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 343 min nəfəri ötür

17:12 14-05-2022 | icon 4851
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 343 min nəfəri ötür

Mayın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 324 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 371, ikinci doza vaksinlərin sayı - 372, üç və daha çox doza vaksinlərin sayı – 2 min 302, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 279-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 684 min 752, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 343 min 567, ikinci mərhələ üzrə 4 milyon 843 min 793, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 254 min 508, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 242 min 884-dür.