logo

Əvvəlcə bıçaqladı sonra da başını daşla əzib öldürdü

12:52 14-05-2022 | icon 791
Əvvəlcə bıçaqladı sonra da başını daşla əzib öldürdü

Mayın 14-də Şamaxı şəhər sakini Şəfayət Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Şamaxı rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Haviyevə gəzdirdiyi cib bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mülkalı Rizvanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.