logo

Putin Rusiyada hərbi vəziyyət elan etməyi planlaşdırmır-Kreml

15:55 11-05-2022 | icon 847
Putin Rusiyada hərbi vəziyyət elan etməyi planlaşdırmır-Kreml

Rusiya prezidenti Vladimir Putin ölkədə hərbi vəziyyət elan etməyi planlaşdırmır.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Ukraynada xüsusi əməliyyat fonunda Rusiyada hərbi vəziyyətin elan olunması nəzərdə tutulmayıb.

D.Peskov, həmçinin V.Putinin keçmiş müşaviri Sergey Qlazyevin Qərbin Rusiyada dövlət çevrilişi hazırlaması barədə fikirlərini təkzib edib.

Kremlin rəsmi nümayəndəsi Rusiyada siyasi vəziyyətin sabit olduğunu bildirib.